Əliyev oynamadı, komandası səfərdən xalsız qayıtdı

Futbol üzrə Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Zenit”lə qarşılaşıb. Əliyevin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:2.

Kamran bu matçın iştirakçısı olmayıb. Əliyev sonadək ehtiyatda qalıb.

24 turdan sonra 35 xalı olan “Ximki” 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.