Əliyev ehtiyatda qaldı, “Ximki”…

Futbol üzrə Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Rostov”la qarşılaşıb. Əliyevin komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.

Kamran bu matçın iştirakçısı olmayıb. Əliyev sonadək ehtiyatda qalıb.

22 turdan sonra 32 xalı olan “Ximki” 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.