“Əlimizdən gələni edəcəyik” – Yusuf Laval

“Neftçi”nin yarımmüdafiəçisi Yusuf Laval Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Avstriyanın “Rapid” (Vyana) komandasına qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Güclü rəqibə qarşı oynayacağıq. Bizi çətin oyun gözləyir. Amma növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Sabah baş tutacaq “Rapid” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.