Ələskərovlu “Bursaspor”dan növbəti məğlubiyyət

Futbol üzrə Türkiyə 1-ci liqasında 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

“Bursaspor” 14 turdan sonra 14 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.