Ələskərov “Bursaspor”un ən faydalı 2 futbolçusundan biridir

Türkiyənin “Bursaspor” komandasında bu mövsüm ən faydalı oyunçuların siyahısı açıqlanıb.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov vurulan qollara ən çox töhfə vermiş ikinci oyunçudur.

Aktivində 3 məhsuldar ötürmə olan 26 yaşlı futbolçu yalnız Massimo Brunodan geri qalır. Belçikalı vinger indiyədək 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Bu yay “Neftçi”dən transfer olunan Namik Ələskərov “Bursaspor”la 2 illik müqavilə imzalayıb.