Ürfan Abbasov rəsmən “Səbail”də

“Səbail” heyətinə yeni futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, paytaxt klubu “Qəbələ”dən ayrılan Ürfan Abbasovla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi ilə qəsəbə təmsilçisi arasında imzalanan müqavilənin müddəti barədə isə məlumat verilmir.

Qeyd edək ki, “Səbail” daha öncə qapıçı Kamal Bayramovu heyətinə qatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button