Premyer Liqanın ən yaxşı futbolçusu odur – Fodenə görə

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden “kimi Premyer Liqanın ən yaxşı futbolçusu hesab edir” sualını cavablandırıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bunları deyib:

“Düşünürəm ki, Kevin De Bruyne oynadığı zaman Premyer Liqanın ən yaxşı oyunçusudur. Onunla birlikdə oynamaq çox xoşdur və ümid edirəm ki, bu, daha tez-tez baş verəcək”.

De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. O, MS ilə beşqat İngiltərə çempionu, iki dəfə İngiltərə kuboku və superkubokunun qalibi, həmçinin, Çempionlar Liqası və UEFA superkubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button