“Beşiktaş”ın sabiq rəsmisi öldürüldü

Türkiyənin “Beşiktaş” klubunun idarə heyətinin sabiq üzvü Şafak Mahmutyazıcıoğlu qətlə yetirilib.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 43 yaşlı keçmiş funksioner İstanbulda balıq restoranında silahlı şəxslərin hücumuna məruz qalıb. Hadisə nəticəsində ağır yaralanan Şafakın həyatını xilas etmək mümkün olmayıb. Hücumda yaralanan sürücünün isə həyati təhlükəsi yoxdur.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button