“Sumqayıt”dan bir heç-heçə, bir məğlubiyyət

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” klubunun əvəzediciləri həftəsonu iki yoxlama görüşündə qüvvəsini sınayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt-2”, ilk oyununu dünən “Səbail-2”-yə qarşı keçirib. 3:3 hesabı qeydə alınan qarşılaşmada “Sumqayıt-2”-nin qollarını Cavid Quliyev, Elnur Cəfərov və Ruslan Süleymanov rəqib qapısından keçirib.

Əvəzedicilərin növbəti yoxlama oyunundakı rəqibi isə “Neftçi-2” olub. Bu qarşılaşmada isə “Sumqayıt-2” 2:3 hesabı ilə məğlub olub. “Sumqayıt-2”nin bu matçdakı qollarını Elnur Cəfərov və Azər İsmayılov vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button