“Sabah” “Sumqayıt”a qalib gəldi

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” klubu bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Elşad Əhmədovun rəhbərlik etdiyi komanda “Sumqayıt”la qarşılaşıb. Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma paytaxt təmsilçisinin qələbəsiylə başa çatıb.

“Sabah” ilk yoxlama oyununda “Zirə”ni 5:3 hesabıyla məğlub edib. “Sumqayıt” isə ilk sınağında “Keşlə”dən üstün olub – 2:1.

Yoxlama oyunu

13 iyul

Sumqayıt – Sabah 0:2
Qol: Hendrik Eksteyn, 29. Filip İvanoviç, 55.

Sumqayıt: Mehdi Cənnətov, Rail Məlikov, Vurğun Hüseynov, Adil Nağıyev, Vüqar Mustafayev, Amil Yunanov, Əmir Ağayev, Elgün Nəbiyev, Rüfət Abdullazadə, Sərtan Taşqın, Səbuhi Abdullazadə.
Sabah: Saşa Stamenkoviç, Filip İvanoviç, Kərim Diniyev, Məhəmməd Mirzəbəyov, Təmkin Xəlilzadə, Coşqun Diniyev, Hendrik Eksteyn, Amadu Diallo, Cavid Tağıyev, Cavid İmamverdiyev, Emil Qasımov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button