“Real”ın oyunu təxirə salınır?

İspaniya La Liqasının 18-ci turu çərçivəsində keçirilməli olan “Osasuna” – “Real” oyunu təxirə salına bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraitidir. Hazırda ölkənin bir çox şəhərində, o cümlədən oyunun keçiriləcəyi Pamplone bölgəsində güclü qar yağır. Oyun günü də vəziyyətin indikindən fərqli olmayacağı bildirilir.

“Osasuna” – “Real” oyununun yanvarın 9-da keçirilməsi planlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button