“Qarabağ”a 622 min avro

UEFA “Qarabağ” klubunun hesabına pul köçürüb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, UEFA-nın məktubuna əsasən, Avropa Liqasının 2018/19-cu il mövsümünün qrup mərhələsində bir qələbə qazandığına görə Avropanın ali futbol qurumu tərəfindən “Qarabağ”a 570,000 avro pul vəsaiti ayrılıb. Əlavə olaraq, “Qarabağ”ın qələbələrinin sayına əsasən, əlavə bonuslar 52,000 avro həcmində hesablanıb.

Beləliklə, UEFA-dan ayrılmış ümümilikdə 622,000 avro pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button