“Qarabağ” ilk xalını qazandı

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da İ qrupu çərçivəsində növbəti oyununa çıxıb. Ağdam təmsilçisi İsrailin “Makkabi” klubuyla qarşılaşıb. Görüş Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar olaraq Türkiyədə keçirilib.

“Qarabağ” “Makkabi” ilə oyuna ciddi itkilərlə çıxıb. “Köhlən atlar”da baş məşqçi Qurban Qurbanov, hücumçu Mahir Emreli, müdafiəçilər Abbas Hüseynov və Maksim Medvedev koronavirusa yoluxduqları üçün bu görüşü buraxmalı olub.

Oyunda hesabı qonaqlar açıblar. Amma fasiləyə qədər Ağdam klubu hesaba tarazlıq gətirməyi bacarıb. İkinci hissədə isə qapılara qol vurulmayıb və görüş bərabərliklə başa çatıb. Beləcə, Azərbaycan çempionu ilk xalını qazanıb.

İ qrupunun digər matçında Türkiyənin “Sivasspor” klubu İspaniya “Vilyarreal”ını qəbul edib. Bu oyunda isə ispanlar minimal hesabla üstün olublar.

Avropa Liqası, qrup mərhələsi, 5-ci tur

3 dekabr

İ qrupu

Qarabağ – Makkabi (Təl-Əviv) 1:1
Qol: X.Romero, 37 – Y.Kohen, 22-pen.
Baş hakim: Robert Hennessi (İrlandiya)
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 7. Ovusu Kvabena, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 44. Elvin Cəfərquliyev, 77. Donald Gerye, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 4. Rahil Məmmədov, 21. Rauf Hüseynli, 27. Toral Bayramov, 29. Zamiq Əliyev.
Məşqçi: Elçin Rəhmanov.
Makkabi: 19. Daniel Tennenbaum, 9. Nik Blekmen, 17. Dan Biton, 18. Eytan Tibi, 21. Şeran Yeini, 23. Eyal Qolasa, 24. Yonatan Kohen, 27. Ofir Davidzada, 30. Maor Kandil, 42. Dor Perets, 44. Luis Ernandes.
Ehtiyat oyunçular: 1. Daniel Perets, 3. Matan Baltaksa 6. Dan Qlazer, 10. Etey Şexter, 11. Tal Ben Haim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 31. Şahar Piven, 39. Eduardo Gerrero, 47. Eden Karzev, 72. Aleksandar Peşiç.
Baş məşqçi: Yorqos Donis.

Sivasspor (Türkiyə) – Vilyarreal (İspaniya) 0:1
Qol: Çukvueze, 75.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button