“Keşlə” və “Zirə” də yarımfinala yüksəldi

Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə mərhələnin iki matçı keçirilib. Günün ilk oyununda “Qəbələ” “Qarabağ”ı qəbul edib. İlk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn Ağdan təmsilçisi, cavab matçında da qələbə qazanıb. “Köhlən atlar” üç cavabsız qol vuraraq, kubokun yarımfinal mərhələsinə vəsiqə əldə ediblər.

Günün ikinci qarşılaşmasında “Səbail” “Sumqayıt”ı sınağa çəkib. Mərhələnin ilk oyununda minimal hesablı qələbə qazanan “dənizçilər” doğma meydanda mərhələni keçmək niyyətində olsalar da, “Sumqayıt” buna imkan verməyib. Səfərdə iki qol vuran qonaqlar yarımfinala yüksəliblər.

Bu mərhələnin digər matçları bu gün keçirilib. “Keşlə” ilk oyunda minimal hesabla üstələdiyi “Kəpəz”in qonağı olub. Birinci divizionda çıxış edən “Kəpəz” kubokun yarımfinalına vəsiqə qazanmaq üçün futbolçularına mükafat vəd etsə də (ümumilikdə 10 min manat), cavab oyununda da qələbə qazanan paytaxt komandası olub – 2:0.

“Neftçi” isə “Zirə”nin qonağı olub. İlk oyunda doğma meydanda qəsəbə təmsilçisinə məğlub olan “ağ-qaralar” cavab oyununda mərhələ keçmək niyyətindəydi. “Qartallar” isə doğma meydanda minimal hesablı üstünlüyü qorumağa çalışıb. Matç qolsuz bitib. Beləcə, “Zirə” sonuncu yarımfinalçı olub.

Beləliklə, yarımfinalda “Qarabağ” “Sumqayıt”la, “Keşlə” isə “Zirə” ilə üz-üzə gələcək.

Azərbaycan kuboku, yarımfinal, cavab oyunları

6 fevral

Qəbələ – Qarabağ 0:3
Qol:
Maksim Medvedev, 6. Patrik Andrade, 45+4-pen; 48.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:3

Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 13. Yurgen Qoxa, 10. Rövlan Muradov, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 81. Kevin Medina, 6. Patrik Andrade, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov

Səbail – Sumqayıt 1:2
Qol: Əfran İsmayılov, 90+6-pen – Rəhim Sadıxov, 20-pen. Əli Qurbani, 23.
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Bakı. “ASCO Arena”.
İlk oyun – 1:0

Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 96. Nikolas Hagen, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 20. Ruslan Hacıyev.
Baş məşqçi: Aftandil Hacıyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 78. Dmitri Nağıyev, 21. Cabir Əmirli, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 37. Nicat Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.

______________________________________________________________________________

7 fevral

Kəpəz – Keşlə 0:2
Qol:
Rəhman Hacıyev, 58. Anatole Abanq, 90.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamal Umudlu
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Gəncə şəhər stadionu
İlk oyun – 0:1

Kəpəz: 1. Elməddin Sultanov, 4. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 15. Nodar Məmmədov, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 7. Ruslan Süleymanov, 8. Zahid Mərdanov, 14. Nicat Məmmədov, 77. Samir Qurbanov, 5. Nika Baçaliaşvili
Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 97. Emil Qasımov, 19. Fərid Məmmədov, 20. Orxan Abdullayev, 27. Hikmət Verdiyev, 18. Röyal Əhmədov, 13. Sadiq Şəfiyev
Baş məşqçi: Yaşar Vahabzadə

Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 8. Tural Axundov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 9. Anatole Abanq, 14. Turan Vəlizadə
Baş məşqçi: Sənan Qurbanov

Zirə – Neftçi 0:0
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Nahid Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 1:0

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov (k), 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 10. Ağabala Ramazanov, 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 99. Filipe Paxtman, 7. Tural Bayramlı, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
Neftçi: 1. Səlahət Ağayev, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 28. Stiven Monroz, 17. Bruno Teluşi, 26. Ömər Buludov, 20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov, 56. Elton Əlibəyli, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button