“PSJ Avropadakı ən yaxşı 8 klubdan biridir” – “Yuventus”un futbolçusu

PSJ-nin maraq dairəsində olduğu deyilən “Yuventus”un yarımmüdafiəçisi Miralem Pyaniç məsələylə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisinin böyük klub olduğunu bildirən 29 yaşlı futbolçu, bunları deyib:

“PSJ Avropadakı ən yaxşı 8 klubdan biridir. Onlar Çempionlar Liqasında daha bir səviyyəni keçmək istəyirlər. PSJ bütün futbolçuların diqqətində olan böyük klubdur. Möhtəşəm futbolçuları və Çempionlar Liqasını qazanmaq hədəfləri var.

Son 8 ilimi “Yuventus”da keçirmişəm. Futbolda hər şey mümkündür. Nə olacağını heç vaxt bilməzsiz, amma hazırda bu məsələ haqqında düşünmürəm”.

“Qoca sinyora” ilə 2023-cü ilədək müqaviləsi olan Bosniya və Herseqovina millisinin üzvü, bu mövsüm iştirak etdiyi 42 oyunda 4 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button