Premyer Liqadan A Seriyasına

İtaliyanın “Leççe” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Stok Siti” klubunun yarımmüdafiəçisi Janelli İmbulanı heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı belçikalı müdafiəçi satınalma şərti ilə 1 illik icarəyə götürülüb.

Fransanın “Genqam” klubunun yetirməsi olan, Marsel “Olimpik”ində, Portuqaliynın “Portu” komandasında da çıxış etmiş İmbula “Stok Siti”də 2016-cı ildən forma geyinir. Amma son iki mövsümdə Premyer Liqa klubu onu öncə “Tuluza”ya, sonra isə “Rayo Valyekano”ya icarəyə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button