“Öz oyunumuzu tapmağa başlayırıq” – “Səbail”in qapıçısı

“Səbail”in qvatemalalı qapıçısı Nikolas Hagen ESPN-ə açıqlama verib.

Komanda.az xəbər verir ki, qolkiper “Səbail”in çıxışı və öz vəziyyəti barədə danışıb:

“Komandanın nəticələrindən və çıxışından razıyam, uğurlu seriyamız var. Komanda özünü daha yaxşı hiss edir. Öz oyunumuzu tapmağa başlayırıq. İlk yerlər uğrunda mübarizə aparmaq istəyirik və əsas fikrimiz hər oyunda inkişaf etməkdir.

Yavaş-yavaş öz mövqeyimi gücləndirirəm. Baş məşqçinin və komanda yoldaşlarımın güvənini qazandığımı hiss edirəm. Öyrənməyə və yaxşılaşmağa davam edirəm. Komandama kömək etməyim üçün daha çox çalışmağım lazım gəlir. Ümid edirəm ki, daha yaxşı oyun sərgiləməyə davam edəcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button