Öncə Marko Rossi, sonra Nikola Yurçeviç

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, oyundan bir gün əvvəl – sabah baş tutacaq tədbirlər aşağıda qeyd olunan məkanlarda və vaxtda keçiriləcək.

12 oktyabr
Macarıstan milli komandası
Saat 15:30. Mətbuat konfransı, “Qloball Hotel”
Saat 16:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, “Qloball Hotel”in məşq meydançası.

Azərbaycan milli komandası
Saat 18:00. Mətbuat konfransı, “Qroupama Arena”
Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, “Qroupama Arena”

Hər iki mətbuat konfransı və məşqin saatı yerli vaxtla göstərilib.

Qeyd edək ki, oktyabrın 13-də Budapeşt şəhərindəki “Qroupama Arena”da keçiriləcək Macarıstan – Azərbaycan matçına saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button