“Elə rayonda dünyaya gəlmişəm ki…” – Müsahibə

5 sual, 5 cavab

Komanda.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.

Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayırıq. Növbəti qonağımız “Zirə” klubunun futbolçusu Elvin Camalovdur:

  • Elvin, həyata yenidən gəlsəydin, bu günə kimi yaşadığın həyatı yaşamaq istərdinmi?
  • Bu halımıza şükür. Həyat bizi bəzən xoş, bəzən də kədərli anlarla sınayır. Ancaq hər zaman yaşadığım həyata şükür edirəm. Qalan ömrümdə də hər zaman olduğu kimi, doğru, dürüst biri olaraq yaşamaq istəyirəm.
  • Dünyanın taleyi sənin əlində olsaydı, ilk nəyi dəyişərdin?
  • Dünyanın taleyi Allaha məxsusdur. Amma əlimdə olsaydı, tezliklə ölkəmizdə futbolun bərpa olunmasını istəyərdim.
  • Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyerana baxdıqda bu söz özünü doğruldurmu?
  • Hər zaman meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Ümid edirəm ki, statistikada da etdiklərim əks olunub.
  • Heç olubmu ağlından “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və səncə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
  • Xeyr, əksinə, hər zaman Qaxda doğulduğum üçün sevinmişəm. Çünki elə rayonda dünyaya gəlmişəm ki, tam səmimi deyirəm, buranın təbiəti başqadır, digər ölkələrdəki təbiəti əks etdirir. Arzum odur ki, xaricdə oynayım və Azərbaycanı layiqincə təmsil edim.
  • Səncə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
  • Bunu futbol mütəxəssisləri daha yaxşı bilər. Ancaq şəxsi düşüncəmə qalsa, düşünürəm ki, gələcəkdə bunu bacaracağıq. Belə gözəl hissi yaşayacağımıza inanıram.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button