MY axtardığını “Vest Hem”də tapdı

İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni müdafiəçi ilə gücləndirməyə yaxındır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Vest Hem”in futbolçusu İssa Diopun xidmətində maraqlıdır. 23 yaşlı futbolçu üçün 40 milyon funt-sterlinqlik təklif hazırlayan “Mançester Yunayted”, keçidi qış fasiləsində yekunlaşdırmağı planlaşdırır.

“Çelsi” və “Tottenhem”in də Diopla maraqlandığı bildirilir.

“Vest Hem”lə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulan fransalı futbolçu, cari mövsümdə 17 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button