“Messi burda qalacağını deyə bilər, amma…” – Klub rəsmisi

İspaniyanın “Barselona” klubunun idman direktoru Erik Abidal açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, keşmiş baş məşqçi Ernesto Valverde haqqında danışan klub rəsmisi, Lionel Messi ilə yeni müqavilənin bağlanmasıyla bağlı açıqlama verib:

“Valverde komandada olarkən, bir çox futbolçu bundan məmnun deyildi və çox çalışmırdı. Komanda daxilində də problem vardı. Baş məşqçi və futbolçular arasında münasibət yaxşı görünürdü, amma keçmiş futbolçu kimi nələrinsə yolunda olmadığını hiss edirdim. Düşündüklərimi rəhbərliyə bildirdim.

Lionelin müqaviləsinə gəlincə, Messi burda qalacağını deyə bilər, amma yeni müqavilə imzalamaq üçün müzakirə edilməsi vacib olan məsələlər var. Bu da müqavilənin müddəti ilə bağlıdır. Futbolçuyla rəhbərlik arasında danışıqlar başlayıb. Fikrimiz hər kəslə müqavilə yeniləmək əvəzinə uzun müddətli sözləşmə imzalamaqdır. Bu məsələylə bağlı nikbinəm.

Dünyanın ən yaxşı futbolçusuna sahibik və onu itirməməliyik. Düşünürəm ki, Messi burda xoşbəxtdir, işindən zövq alır, yüksək səviyyədə futbol nümayiş etdirir. Klub onun daha da xoşbəxt olmasını istəyir. Bunun üçün yaxşı komanda yoldaşları, hər il kubok qazanma fürsəti verməliyik. Düşünürəm ki, Messi ilə razılığa gələ biləcəyik. “Barselona” ona nəyin lazım olduğunu bilir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button