MY Rabiotla anlaşdı

“Mançester Yunayted” “Yuventus”un yarımmüdafiəçisi Adrien Rabiotla anlaşıb.

Komanda.az “Get Italian Football News”-a istinadən xəbər verir ki, müqavilənin şərtlərindən əlavə, Rabiotun agenti olan anasına çatacaq pul da razılaşdırılıb.

Bu keçid sayəsində Leandro Paredesin “Yuventus”a keçidi xeyli sürətlə həyata keçirilməlidir. Frenki de Yonqun “Barselona”dan “Mançester Yunayted”ə transferi isə böyük ehtimalla baş tutmayacaq.

Rabiot 2019-cu ilin iyulunda azad agent kimi PSJ-dən “Yuventus”a keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button