“Liverpul” Lovrenə əvəzləyici tapdı – türk futbolçu “radar”da

“Liverpul” komandadan ayrılan Deyan Lovrenə əvəzləyici tapıb.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi müdafiəyə “Şalke”dən Ozan Kabakı transfer etmək istəyir. Bu barədə “Bild” nəşri məlumat yayıb. “Liverpul”un yaxın zamanda Bundesliqa təmsilçisi ilə danışıqlara başlayacağı bildirilir.

20 yaşlı müdafiəçinin “Şalke” ilə müqaviləsi 2024-cü ilə qədərdir. “Qalatasaray”ın yetirməsi olan Ozan Kabak Türkiyə milli komandasının da üzvüdür.

Deyan Lovren “Liverpul”dan ayrılaraq “Zenit”ə transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button