Kurtua “Barselona” ilə oyunda olacaq?

“Real”ın qapıçısı Tibo Kurtua La Liqada “Barselona” ilə matçı buraxa bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti belçikalı qolkiperin zədəsinin gözlənildiyindən də ciddi ola biləcəyini qeyd edib. Ona görə də, Kurtua artıq “Osasuna” ilə çempionat matçını (1:1) buraxıb, həmçinin, UEFA Çempionlar Liqasının 3-cü turunun “Şaxtyor”la oyununda “23-lük”dən kənarda qalıb.

“Real”ın “Şaxtyor”la oyun üçün ərizəsində üç qapıçı var – Andrey Lunin, Luis Lopes və Lukas Kanisares.

İspaniya çempionatında “Barselona” ilə görüş oktyabrın 16-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button