Krivotsyuklu “Visla” 6 qola üzüldü

Polşanın “Visla” (Plotsk) komandası yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi bu komanda ikinci sınaq matçında Qdansk “Lexiya”sı ilə üz-üzə gəlib.

9 qolun qeydə alındığı matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 3:6.

Baş məşqçi Pavol Stano demək olar ki, bütün futbolçulara şans verib. Krivotsyuk da matçın gedişində meydana daxil olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button