Messi: “Sağalmaq üçün düşündüyümdən daha çox vaxt lazım oldu”

Koronavirusdan yeni sağalan Lionel Messi açıqlama verib.

Komanda.az xəbər verir ki, PSJ klubunda çıxış edən hücumçu, “instaqram” hesabında xəstəliklə bağlı bunları söyləyib:

“Sağalmaq üçün düşündüyümdən daha çox vaxt lazım oldu. Koronavirusa yoluxduğumu bilən hər kəs dəstək mesajları yolladı. Onlara təşəkkür edirəm.

Demək olar ki, sağalmışam və məşqlərə başladım. Bu il bizi böyük sınaqlar gözləyir. Ümid edirəm ki, tez bir zamanda görüşərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button