“Kamp Nou”da yeni rekord

Qadın futbolu tarixində yeni rekord qeydə alınıb.

Komanda.az xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” “Volfsburq”la qarşılaşıb ki, “Kamp Nou” stadionundakı matçı 91648 nəfər izləyib. Bu isə qadın futbolu üçün rekord göstəricidir. Bu barədə məlumatı “Barselona”nın mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl – 2022-ci ilin mart ayında “Barselona”nın “Real”la oyununu 91.553 nəfər azarkeş izləmişdi. 

“Barselona” “Volfsburq”u 5:1 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button