Ronaldo koronavirusdan qaçıb, zəlzələyə düşdü

İtaliyada geniş yayılan koronavirus pandemiyasına görə Portuqaliyada qalan və Madeyra adasında özünü karantinə alan “Yuventus”un futbolçusu Kriştiano Ronaldo xoşagəlməz hadisəylə üzləşib.

Komanda.az xəbər verir ki, Ronaldo və ailəsinin qaldığı Madeyrada zəlzələ baş verib. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Zəlzələnin 3,8 bal gücündə olduğu bildirilib.

290 min adamın yaşadığı Madeyrada son 12 ildə ilk dəfə zəlzələ olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button