İtaliya klubunda yeni hücumçu

İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Breşiya”nın hücumçusu Ernesto Torreqrossanı transfer edib.

Bu barədə “Sampdoriya”nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı forvardla 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

“Verona”nın yetirməsi olan Torreqrossa 2018-ci ildən “Breşiya”nın uğurları üçün çalışırdı. İtalyan forvard karyerası ərzində “Krotone”, “Monza”, “Trapani”, “Lumezzane” kimi klublarda da forma geyinib.