“İnter” Darmianın əvəzləyicisini tapdı

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Sauthempton”un müdafiəçisi Sedrik Soareşin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “İnter”in “Mançester Yunayted”dən Matteo Darmianı transfer edə bilməyəcəyi halda, əsas hədəfinin Sedrik olacağı bildirilib.

27 yaşlı müdafiəçi 2015-ci ildə “Sportinq”dən “Sauthempton”a 7 milyon avro qarşılığında transfer edilib. Portuqaliyalı futbolçu cari mövsümdə Premyer Liqada 18 qarşılaşmada iştirak edib.

Sedrikin “Sauthempton”la 2020-ci ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button