Renat Dadaşova 25 milyon avroluq rəqib

İngiltərənin “Vulverhempton” klubu heyətini yeni hücumçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “canavarlar” “Brügge”dən Emmaunel Dennisi transfer edəcək. “Vulverhempton” nigeriyalı hücumçu üçün 25 milyon avro ödəyəcək.

Dennisin “Vulverhempton”a gəlişi komandanın digər gənc hücumçuların – Leonardo Kampana və Renat Dadaşovun əsas komandaya yüksəlmək şanslarını azalda bilər.

Azərbaycan milli komandasının da üzvü olan Renat, “Vulverhempton”un U-23 komandasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button