“Everton” Cenk Tosuna qiymət qoydu

İngiltərənin “Everton” klubu türk futbolçusu Cenk Tosunun transfer dəyərini müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi 28 yaşlı hücumçu üçün 11 milyon avro tələb edir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Bu mövsüm az şans qazanan Cenkin icarəyə verilməsi də düşünülmür. “Everton” türk hücumçunu birdəfəlik satmaq niyyətindədir.

2018-ci ilin yanvarında 23 milyon avroya “Beşiktaş”dan “Everton”a keçən Cenk, bu mövsüm Premyer Liqada 1 oyunda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button