“Arsenal” 15 milyon avroluq transferə hazırlaşır

İngiltərənin “Arsenal” klubu “Reyms”in müdafiəçisi Aksel Disasiylə yaxından maraqlanır.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, “topçular” 22 yaşlı futbolçu üçün Liqa 1 klubuna rəsmi təklif göndərib. Disasinin keçidinin 15 milyon avroya həll olunacağı bildirilir.  

2017-ci ildən “Reyms”in əsas komandasında çıxış edən müdafiəçi bu mövsüm Liqa 1-də 27 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button