İmmobile ilin ən yaxşısı elan olundu

İtaliyanın “Latsio” klubunda 2020-ci ilin ən yaxşı futbolçusu bəlli olub.

Komanda.az xəbər verir ki, azarkeşlər arasında aparılmış sorğu nəticəsində Çiro İmmobile paytaxt təmsilçisində ilin ən yaxşısı elan olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə İmmobilenin 34 faiz səslə birinci yeri tutduğu diqqətə çatdırılıb. Yarımmüdafiəçi Sergey Milinkoviç-Saviç (23 faiz) ikinci, Luis Alberto isə (22 faiz) üçüncü olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button