Türkiyəyə icazəsiz getdi, əsas komandadan qovuldu

İcarə əsasında “Brügge”də forma geyinən “Qalatasaray”ın futbolçusu Mbaye Diane cəzalandırılıb.

Komanda.az xəbər verir ki, seneqallı hücumçu “Brügge”nin B komandasına göndərilib. Bu barədə Belçika mətbuatı məlumat yayıb.

“Brügge”nin Çempionlar Liqasında “Qalatasaray”la oynadığı matç (1:1) ərəfəsində icazəsiz Türkiyəyə səyahət edən Diane, əsas komandadan qovulub və bundan sonra ancaq fərdi məşqlər edə bilər.

Belçika təmsilçisi ilə mövsümün sonuna qədər müqaviləsi olan 28 yaşlı hücumçu “Brügge” ilə 12 oyuna çıxıb və 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button