İbrahimoviç və Lukakunun cəzası açıqlandı

İtaliya kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “İnter” – “Milan” matçındakı (2:1) qalmaqalla diqqət mərkəzinə düşən futbolçuların cəzası müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Milan”dan Zlatan İbrahimoviç, “İnter”dən isə Romelu Lukaku 1 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, ilk hissəsin sonlarında “Milan”ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. Lukaku ilə Romanyoli arasındakı mübahisəyə İbrahimoviç də qoşulub. Nəticədə bu iki oyunçu kəllə-kəlləyə gəlib, lakin insident əlbəyəxa davaya çevrilməyib.

Baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib. 58-ci dəqiqədə isə İbrahimoviç kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button