Azərbaycan millisinin toplanışa başlayacağı vaxt bilindi

Futbol üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışının vaxtı məlum olub.

Komanda.az xəbər verir ki, bunu yığmanın yeni baş məşqçisi Canni De Byazinin köməkçisi olacaq Alessandro Skayya İtaliya mətbuatına açıqlamasında deyib. Fiziki hazırlıq üzrə məşqçi kimi çalışacaq italiyalı mütəxəssis, millinin hazırlıq prosesinin başlanacağı tarixi də açıqlayıb:

“Millətlər Liqasında Lüksemburqa qarşı debüt oyununun sentyabrın 5-də keçiriləcəyini nəzərə alaraq, toplanışın startı avqustun 28-nə təyin edilib. Ancaq hələ ki, avqustun 5-dək ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər var”.

Azərbaycan millisi sentyabrın 5-də evdə Lüksemburq, 8-də isə səfərdə Kiprlə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button