Ronaldo paxıllıq etdi, van Dayk Messini seçdi

FİFA tərəfindən ilin ən yaxşı futbolçusuna verilən “The Best” mükafatının qalibi “Barselona”lı Lionel Messi olub.

Komanda.az xəbər verir ki, Messi ilə yanaşı, Kriştiano Ronaldo və Vircil van Dayk da “The Best” mükafatını qazanmağa namizədlər idi. FİFA, mükafata əsas namizəd olan hər üç futbolçunun verdikləri səsləri açıqlayıb.

“The Best” mükafatının qalibi olan Messi Sadio Maneyə 5, Kriştiano Ronaldoya 3, Frenki de Yonqa 1 səs verib.

Kriştiano Ronaldo Matteys de Liqtə 5, Frenki de Yonqa 3, Kilian Mbappeyə isə 1 səs verib.

Vircil van Dayk isə Messiyə 5, Məhəmməd Salaha 3, Sadio Maneyə 1 səs verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button