Daha 2 futbolçuda koronavirus aşkarlandı – Super Liqa klubunda

Türkiyənin “Yeni Malatyaspor” klubunda daha iki futbolçu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub kollektivi növbəti dəfə koronavirus testindən keçib. Nəticədə daha iki futbolçunun COVİD-19 testi pozitiv çıxıb. Onlar da karantinə alınıblar.

Xatırladaq ki, bir neçə gün öncə “Yeni Malatyaspor” daha bir futbolçusunda koronavirus aşkarlandığını açıqlamışdı.