“Çelsi”nin qapıçısı karyerasını başa vurdu

Bakıda Avropa Liqasının qalibi olan İngiltərənin “Çelsi” klubunun qapıçısı Robert Qrin karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, bu barədə 39 yaşlı qolkiper “Twitter” hesabında məlumat yayıb:

“Bakıda möhtəşəm bir axşam və 23 illik karyeramdan sonra futbolla vidalaşmağa qərar verdim. Bütün məşqçilərə və azarkeşlərə təşəkkür edirəm”.

Robert Qrin “Çelsi”nin üçüncü qapıçısı idi. 2018-ci ilin yayında azad agent kimi London təmsilçisinə keçən ingilis qolkiper heç bir rəsmi qarşılaşmada iştirak etməyib. Qrin 12 dəfə İngiltərə millisinin də formasını geyinib.

Xatırladaq ki, “Çelsi”nin 4:1 hesablı qələbəsiylə yekunlaşan Avropa Liqasının final oyunundan sonra “Arsenal”ın qapıçısı Petr Çex də karyerasını başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button