“Bu oyunda heyətlə bağlı səhv qərar verdiyimi düşünmürəm” – Zidan

İspaniya kubokunun 1/4  final mərhələsi çərçivəsində öz meydanında “Real Sosyedad”a 3:4 hesabı ilə məğlub olan “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı mütəxəssis, nəticə üçün təəssüfləndiyini bildirib:

“Öz meydanımızda məğlub olduğumuz üçün təəssüflənirik. Oyuna pis başladıq, amma sona qədər əlimizdən gələn hər şeyi etdik. İkinci hissədə daha yaxşı oynadıq, hətta 1:4 hesabı ilə geri düşdüyümüz anda belə, komanda mübarizə apardı. Rəqib çox yaxşı çıxış etdi. Bu günə qədər yaxşı irəliləyirdik, amma bu, ən pis oyunumuz idi.

Bu oyunda heyətlə bağlı səhv qərar verdiyimi düşünmürəm. Komanda hər zaman oyuna hazırdır. Çətin vəziyyətdir, amma komandama inanıram. İndi toplarlanmalı və ən yaxşı şəkildə davam etməliyik. Çünki bu oyun heç nəyi dəyişməyəcək. Futbolda belə hallar baş verir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button