“Gaming League Azerbaijan”ın təqdimat mərasimi keçirildi FOTOLAR

Bu gün Nizami kino mərkəzində Azərbaycan Kipersport Federasiyasının və “Gaming League Azerbaijan” təşkilatının təqdimatına həsr olunan mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, arenanın rəhbəri Cahangir Tağıyev açıqlama verərək, üstünlüklərindən danışıb:

“Bu Arena Qafqazda sayına görə birincidir. Arena beynəlxalq turnirlərin keçirilməsi üçün tam hazır vəziyyətdədir”.

Təşkilatın mətbuat katibi Kənan Quliyev turnir və oyunlar haqqında danışıb:

“Bəzi insanlar üçün bu oyun sadəcə vaxt itkisidir, amma nəzərə almaq lazımdır ki, bu idman növündə 50-yə yaxın turnir, hətta dünya çempionatı da keçirilir. Məsələn, FİFA oyununda mükafat fondu 14 milyard dollardır. Əsas məqsəd 2022-ci ildə keçiriləcək Asiya Olimpiya oyunlarına hazırlıqdır. Ardınca 2024-cü ildə Parisdə keçiriləcək yay Olimpiya oyunlarında da yarışlara daxil olacaq. GLA sırf bu işlə məşğul olmağa başlayır. Əsas işimiz oyunçuları hazırlamaq və onları turnirlərə göndərməkdir”.

Konfransda bildirilib ki, təşkilatın əsas işi insanları bu yarışa cəlb etməkdir. Qeyd olunub ki, ölkədə 1 milyona yaxın mobil oyun istifadəçiləri var. Yarışın təkcə 2018-ci ildə 70 milyard dollardan artıq dövriyyəsi olub.

Təşkilatın əsas məqsədi internet klublarda, digər bu cür yerlərdə olan uşaqlardan peşəkar idmançılar formalaşdırmaqdır.

Konfransda, sabahdan başlayacaq yarışda iştirakçılara təqdim olunacaq forma da nümayiş olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button