“Kuboku qazanmaq üçün lazım olan oyunu göstərə bilmədik” – Lempard

İngiltərə kubokunun final matçında “Arsenal”a 1:2 hesabı ilə məğlub olan “Çelsi”nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Komanda.az xəbər verir ki, ingilis mütəxəssis, məğlubiyyətlə bağlı bunları deyib:

“10-15 dəqiqə yaxşı oyun göstərdik, bir qol vurduq və qol şansları yaratdıq. Bundan sonra isə “Arsenal”ın oyunda geri dönüş etməsinə icazə verdik. Ümumilikdə, bizim üçün ağır dövr oldu. Futbolçular əllərindən gələni etdilər. Bu gün təəssüf hissi yaşadıq, amma mövsümü yaxşı tamamlamağı bacardıq. Bir neçə həftə əvvəl “Mançester Yunayted”lə yarımfinal oyununda (3:1) möhtəşəm idik. Bu gün kuboku qazanmaq üçün lazım olan oyunu göstərə bilmədik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button