“Yuventus” “Bavariya”nın futbolçusunu istəyir

Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alaba komandadan ayrıla bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Yuventus” 28 yaşlı futbolçunun xidmətində maraqlıdır. Məlumata görə, “qoca sinyora” futbolçunu azad agent kimi transfer etmək niyyətindədir. Alabanın Münhen klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Hələ ki, “Bavariya” ilə yeni müqavilə üçün razılığa gələ bilməyən futbolçu, yanvardan etibarən istənilən klubla danışıqlar apara bilər.

Alaba 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur. Onun xidmətində PSJ də maraqlıdır.