“Çempionlar Liqasının favoriti deyilik” – Pike

“Barselona”nın futbolçusu Jerar Pike Çempionlar Liqasında 1/8 final mərhələsi çərçivəsində “Napoli” ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan müdafiəçi, bu mövsüm turnirin favoriti olmadıqlarını deyib:

“Napoli” son zamanlarda güclənib, çətin rəqib olub. “Liverpul” və “Yuventus”u məğlub etməyi bacarıblar. Yersiz narahatlıq yaratmamaq üçün ilk oyunda yaxşı nəticə qazanmalıyıq.

Çempionlar Liqasının favoriti deyilik, ancaq qələbə şansımızın olduğuna inanıram. Bunun üçün əvvəlcə “Napoli” səddini keçməliyik. Sonrasını da görəcəyik”.

Bu gün keçiriləcək “Napoli” – “Barselona” matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button