“Barselona”da itki

İspaniyanın “Barselona” klubu itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, klubun yeni transferi Mateus Fernandes zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu sağ ayaq əzələsindən zədələnib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.

Fernandes avqust ayının əvvəlində “Barselona”ya keçib.