Balayev oynadı, “Tobol” qalib gəldi

Futbol üzrə Qazaxıstan çempionatında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Okjetpes” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Emil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Balayev sonadək oynayıb.

Maksimum nəticə göstərən “Tobol” hazırda 15 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button