Ayazlı “Arsenal”dan heç-heçə

Futbol üzrə Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Nijni Novqorod”la qarşılaşıb. Ayazın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Arsenal” geridə qalan 27 turda 22 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button