TFF-nin yeni prezidenti məlum oldu

Türkiyə Futbol Federasiyasının (TFF) yeni prezidenti məlum olub.

Komanda.az xəbər verir ki, federasiyanın Ankarada keçirilən iclasında səsvermə nəticəsində Nihat Özdəmir qurumun yeni rəhbəri seçilib. Bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb. Nihat Özdəmir 179 səslə federasiyanın yeni prezidenti seçilib.

2012-ci ilin fevral ayından TFF-yə başçılıq edən Dəmirörən bu ilin fevral ayında istefa vermişdi. Bu vəzifə müvəqqəti olaraq, İdarə Heyətinin üzvü Hüsnü Güreliyə tapşırılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button