AFFA-dan türk futbolçuya dəvət – “Azərbaycan yığmasında da çıxış etmək qürur verər”

Türkiyənin “Kayserispor” klubunun futbolçusu Hasan Hüseyin Acar Azərbaycanın əsas millisindən dəvət alıb.

Komanda.az xəbər verir ki, bu barədə “kayseritempo.org” saytı məlumat yayıb. Hüseyin Acarın AFFA-dan gələn təklifə müsbət baxdığı və Azərbaycan millisində oynamaq istədiyi bildirilib. 24 yaşlı yarımmüdafiəçi ölkə mətbuatına açıqlamasında da AFFA-dan təklif aldığını doğrulayıb:

“Təklif olduğu düzdür. Düşünürəm və müsbət baxıram. Milli komandada çıxış etməyi hər kəs istəyir. Türkiyə milli komandasında forma geyinmək istəyərəm, ancaq Azərbaycan yığmasında da çıxış etmək qürur verər”.

“Kayserispor”la 2021-ci ilin yayına qədər müqaviləsi olan Acar, yarımmüdafiənin mərkəzində çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button